MİDA-nın mənzil seçimində oxşar problemlə qarşılaşmamaq üçün nə etməli? - AÇIQLAMA

Hazırda oxunan: MİDA-nın mənzil seçimində oxşar problemlə qarşılaşmamaq üçün nə etməli? - AÇIQLAMA

83050

“MİDA-nın nəticələri ləğv edildi. Bəs indi nə olacaq? MİDA qeyd edir ki, mənzillər yenidən satışa çıxacaq. Bu proses 5 saniyə ərzində bitəndə sahənin eksperti kimi dayanmadan məsələni gündəmdə saxladım və bildirdim ki, bu, normal deyil”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri texno-bloger Fərid Pərdəşünas səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Satışa çıxarılmış mənzillərin 60%-dən çoxu qeyri-qanuni yolla seçilib - MİDA 


O bildirib ki, yeni ev satışı prosesi aşağıdakı kimi baş tuta bilər:  

“1. 442 mənzil eyni anda satışa çıxmalı deyil. 2 gün ərzində günün müxtəlif saatlarına bölünməlidir. Çünki insanlar bəzən hazırlaşırlar və ani olaraq texniki xətanın qurbanı olurlar və hər şey itirilir. 400 mənzil 100-100 olmaqla, 4 mərhələdə satışa çıxarılmalıdır;  

2. FİFA-nın dünya çempionatına bilet satmaq təcrübəsindən istifadə edərək, sistemə ilk daxil olan 100 adam üçün gözləmə otağı düzəltmək. Yəni, insan klik edir, yerini tutur. Daha sonra özündən əvvəlkilərin bitirməyini gözləyib, alış sisteminə daxil olur. Əks halda bir neçə səhifəni sürətli doldurmaq üçün insanlar botlardan istifadə edirlər. Əsas yerini tutmaqdır;  

3. Bot istifadəsindən yayınmaq üçün Google Capture istifadə edilməlidir. Hazırda istifadə olunan model avtomatlaşdırılmış həllər tərəfindən rahat keçilir;  

4. Sistemin şəffaflığı üçün nəticələr anlıq göstərilməldir. Bu hamı üçün əlçatan olmalıdır. Şəxsi məlumatların yayımlanması ilə bağlı öncədən istifadəçi ilə onlayn müqavilə imzalansın. Mən qorxmuram, çəkinmirəm, inanıram ki, ehtiyacı olan insanlar da ad, soyadının çıxmasından narahat olan deyil. Adlar, soyadlar açıq paylaşılmalıdır anlıq olaraq. Ehtiyacı olan insan, həqiqətən status sahibi olan adam başqalarının onu araşdırmasından qorxmalı deyil. Çünki şəxsi məlumatları paylaşmamaq adı ilə sistemdə şəffaflıq pozulur. Bu təmin olunmalıdır”.  

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin