Zaqatalada ağacların kütləvi qırılmasıyla bağlı cinayət işi açıldı

Hazırda oxunan: Zaqatalada ağacların kütləvi qırılmasıyla bağlı cinayət işi açıldı

83044

Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat veirlib. 

Bildirilib ki, Zaqatala rayonu, Dardoqqaz kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olmuş məlumat Zaqatala rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd edilən kəndin ərazisindən keçən Tala çayının mühafizə zolağında ümumilikdə 40 ədəd müxtəlif cins və diametrli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 38 min 550 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq Bölməsinə tapşırılıb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin