Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən böyük şirkətlər korporativ sosial layihələri bütünlüklə dəstəkləyirlər. Əksər Avropa ölkələri və ABŞ-da iri şirkətlər sözügedən layihələri həyata keçirməkdə çox maraqlıdırlar.
Korporativ sosial layihələr dedikdə xeyriyəçilik, təhsil və səhiyyə məsələlərinin həllinə dəstək, ətraf mühitin mühafizəsi, kimsəsiz uşaqlara yardım, idmana himayədarlıq, mədəniyyətə qayğı və digər bu kimi humanitar missiyalar nəzərdə tutulur.
Bu fəaliyyətin əsas mahiyyəti isə təbii ki, cəmiyyətə fayda verməkdir.
Təəssüflər olsun ki, ölkədə bu siyasət hələ lazımi səviyyəsinə çatmayıb. Məlumdur ki, ölkəmizdəki bəzi şirkətlərin fəaliyyətində bu istiqamətlər müyyən yer tutur, amma bunu yüksək səviyyə hesab etmək olmaz. Layihələrdə əsasən, aztəminatlı, sağlıq problemi olan, əlil, kimsəsiz, qaçqın-köçkün insanlara maddi-mənəvi yardımın göstərilməsi nəzərdə tutulur.
Hazırda Azərbaycanda korporativ sosial fəaliyyət həyata keçirən şirkətlər arasında mobil operatorlar, banklar, qida sənayesi və neft şirkətləri daha çox üstünlük təşkil edir. Lakin bunları nəzərə alsaq, hələ də kifayət qədər deyil.
Bəs Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən niyə sosial layihələrə az diqqət yetirilir və ya ayrılan pullar hara xərclənir?
İqtisadçı ekspert Xalid Kərimli mövzu ilə bağlı fikirlərini Bizim.Media- ya bölüşüb. Onun sözlərinə görə, korporativ sosial layihələrin ölkədə geniş hal almamasına səbəblər çoxdur və həmin səbəblərin bir qismi aşağıdakılardır:
1. Bizdə özəl sektor yenicə formalaşmaqdadır və 25-30 ili əhatə edir. Hazırda informasiya dövründə yaşayırıq və beynəlxalq şirkət və bazarları özümüzünkülərlə müqayisə etdikdə əlimizdə bir tələb, gözlənti formalaşır. Amma tarixləri fərqlidir və bizdə olan şirkətlər institusionallaşmayıb, bir nəsildən digər nəslə keçməyib. Çünki korporativ sosial məsuliyyət məcburi transaksiya deyil, bu adət-ənənələrin, biznes praktikasının, xoş məramın ifadəsidir.
2. Həm də şirkətlər inkişaf etdikcə və formalaşdıqca eyni zamanda onların maliyyə imkanları da genişlənir. Bizim şirkətlərin bəziləri isə dövlətdən güzəştli kreditlər axtarırlar ki, bu gündən sabah çıxa bilsinlər.
3. Ölkədə böyük şirkətlərin bir qismi dövlətə məxsusdur. Amma məlumdur ki, dövlətə məxsus şirkətlərdə sosial korporativ məsuliyyətin aparılmamasından söhbət gedə bilməz. Ona görə ki, orada baş tutan proyektlərin bir çoxu sırf bu layihələrlə bağlıdır.
4. Ölkədəki iri şirkətlərin bir çoxu isə monopolist şirkətlərdir, yəni məmurlara məxsusdur. Monopolist şirkətləri sosial layihələrə dəstək verməməkdə tam günahkar çıxara bilmərik. Çünki bir çoxu sözügedən layihələri həyata keçirir, lakin o qədər də ürəkaçan səviyyədə deyil. Misal üçün bir çox məmur şirkətləri var ki, böyük proyektlər həyata keçirərək, qaçqın və məcburi köçkünlər üçün binalar tikiblər və ya məscidlər təmir ediblər. Ancaq bu addımlar çoxluq təşkil etmir. Yerdə qalan orta və kiçik müəssisələrin maliyyə məsələləri aşağı olduğu üçün sosial layihələrə pul ayıra bilmirlər.
5. Korporativ sosial məsuliyyət İctimaiyyətlə Əlaqələrin (PR) tərkib hissəsidir. İctimaiyyətlə Əlaqələr isə marketinqin 5 funksiyasından biridir. Şirkətlər korporativ sosial məsuliyyəti həm də özlərinin ictimaiyyətlə əlaqəsi və məhsullarının satışını aparmaq, məşhurlaşmaq üçün istifadə edirlər. Pulu olan bir çox monopolist şirkətlər qeyd etdiyim kimi hansısa imtiyazlar əldə edirlər və məmurların pulunun yuyulması ilə məşğuldular deyə onlara cəmiyyət, sosial layihələr elə də maraqlandırmır.
6. Rəqabət mühitinin və ya yaxşı rəqabət mühitinin kifayət qədər olmaması da korporativ sosial məsuliyyətlərdən axıra qədər istifadə etməməyə səbəb olur. Şirkətin fəaliyyəti rəqabət mühitində formalaşanda artıq ictimaiyyətdə müsbət imicin yaradılması, marketinq alətindən də istifadə olunması ön plana çıxacaq. Sözügedən şirkətlət cəmiyyətdən asılı olmalıdılar ki, onlara da xoş olmaq üçün müəyyən addımlar atsınlar.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 10.07.2022
Şirkətlər sosial layihələrə niyə maliyyə ayırmır? - Ekspertdən 6 SƏBƏB
Hazırda oxunan: Şirkətlər sosial layihələrə niyə maliyyə ayırmır? - Ekspertdən 6 SƏBƏB
Hazırda oxunan: Şirkətlər sosial layihələrə niyə maliyyə ayırmır? - Ekspertdən 6 SƏBƏB
82984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.