“10 saniyəyə 211 güzəştli mənzil satılıb” – DTX 

Hazırda oxunan: “10 saniyəyə 211 güzəştli mənzil satılıb” – DTX 

82983

“Mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 9 saniyə ərzində 62 və 10 saniyə ərzində 78 nəfər mənzil seçimini tamamlayıb”. 

Bizim.Media xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil etdiyi mətbuat konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova deyib.

“Ümumiyyətlə mənzil seçimi ilə bağlı aparılan araşdırma onu göstərir ki, mənzil seçimində iştirak etmiş şəxslərin demək olar ki, özləri prosesi qanuniləşdirməyib. Onların əvəzinə ya kiberproqramlar tətbiq edilməklə, ya da informasiya texnologiyaları sahəsində xüsusi bilikləri olan şəxslər tərəfindən mənzillər rəsmiləşdirilib”, - o deyib. (Apa.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin