"MİDA-dan eyni İP ünvandan bir neçə mənzil alınıb" – DTX 

Hazırda oxunan: "MİDA-dan eyni İP ünvandan bir neçə mənzil alınıb" – DTX 

82981

“Güzəştli mənzil” sistemi vasitəsilə bu il martın 30-da keçirilmiş mənzil seçimi zaman eyni anda eyni İP ünvandan bir neçə mənzilin alınması müəyyən olunub". 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmisi Günel Hüseynova MİDA ilə birgə keçirilən brifinqdə deyib. 

MÖVZU İLƏ BAĞLI:

DTX-dən qeyri-qanuni yolla güzəştli mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ 


"Bu faktla istintaq baş idarəsi tərəfindən aparılmış istər təqsirləndirilən şəxslər istərsə də adlarına seçim olan şəxslərlə bağlı kifayət qədər dəlillər toplanılıb. Bundan başqa istintaq texniki imkanlardan istifadə edərək təqsirləndirilən şəxslər tərəfindən məlumatların dəyişdirilməsini təmin edən kiber proqramlarin kiber hücumlarının izlərini müəyyən edib. 

Güzəştli mənzil seçimi prosesində 6 saniyə ərzində 1 nəfər, 7 saniyə ərzində 18 nəfər, 8 saniyə ərzində 52 nəfər, 10 saniyə ərzində 78 nəfər mənzil seçimi edib.

Bu seçimləri birbaşa vətəndaşların özləri etməyib. Onların əvəzinə informasiya sahəsində xüsusi bilikləri olan şəxslər mənzilləri seçib və yaxud kiber proqramlardan istifadə olunub. Bu yolla seçilən mənzillər ümumi mənzillərin yarıdan çoxunu təşkil edir", - deyə o, qeyd edib. (Report.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin