DTX-dən qeyri-qanuni yolla güzəştli mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ 

Hazırda oxunan: DTX-dən qeyri-qanuni yolla güzəştli mənzil almaq istəyənlərə XƏBƏRDARLIQ 

82972

"Mənzil İnşaat Dövlət Agentliyinə (MİDA) məxsus 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatından istifadə etməklə, mənzil seçmə prosesində müdaxilə halları müşahidə edilib". 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmisi Günel Hüseynova MİDA ilə birgə keçirilən brifinqdə deyib. 

"Qeyd edilən halların araşdırılması ilə bağlı DTX-ya müraciət ünvanlanıb. 

Apa.az-ın məlumatına görə, o qeyd edib ki, faktla bağlı qurumun İstintaq Baş İdarəsi 14 aprel 2022-ci ildə Cinayət Məcəlləsinin müvafiq qanunlarına uyğun olaraq cinayət işi başlayıb və icraata qəbul edilib: 

"Başlanılmış cinayət işi üzrə aparılmış araşdırma zamanı MİDA -nın növbəti layihəsi olan 2-ci mərhələ üzrə mənzillərin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən mənzil seçiminin sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı təsdiqini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

DTX kritik informasiya infrastrukturu obyektlərinin reyestrini aparacaq 


İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində qeyd edilən şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa edilərək, onlar təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində işin hallarından aslı olaraq müvafiq qəti imkan tədbirləri seçilib. Bir nəfər barəsində beynəlxalq axtarış elan edilib.

Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. Gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və yaxud onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin