Dövlət Əmək Müfəttişliyi Xidməti Birinci Qarabağ müharibəsi veteranlarının məzuniyyət vaxtının 46 gün göstərildiyi halda, İkinci Qarabağ müharibəsi veteranlarında məzuniyyət vaxtının belə olmamasının səbəblərinə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əmək müqavilələri bildirişlərinin qeydiyyatına nəzarət şöbəsinin müdir müavini Aynurə Tağıyeva bildirib ki, Zəfər altsistemi ilə bağlı sistemə inteqrasiya mövcuddur.
“Əslində İkinci Qarabağ müharibəsi veteranlarında da məzuniyyət vaxtı 46 gündür. Bunun sistemdə göstərilməməsi Zəfər altsistemində həmin şəxs barədə məlumatların mövcud olmaması ilə bağlı ola bilər. Bu artıq dəqiqləşdirilməli məlumatdır. Zəfər altsistemindəki məlumatlar ƏMAS-a da inteqrasiya olunur”, - Aynurə Tağıyeva əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:29 / 08.07.2022
Müharibə veteranlarının məzuniyyət vaxtlarında fərqin yaranması hallarına aydınlıq gətirildi
Hazırda oxunan: Müharibə veteranlarının məzuniyyət vaxtlarında fərqin yaranması hallarına aydınlıq gətirildi
Hazırda oxunan: Müharibə veteranlarının məzuniyyət vaxtlarında fərqin yaranması hallarına aydınlıq gətirildi
82917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.