Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 58 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 9 nəfər xilas olunub, yanğın zamanı 100 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Həmçinin, Samur-Abşeron kanalının Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsindəv batması ehtimal olunan 1 nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:04 / 08.07.2022
Ötən sutka 58 yanğın olub, 6 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 58 yanğın olub, 6 nəfər xilas edilib
Hazırda oxunan: Ötən sutka 58 yanğın olub, 6 nəfər xilas edilib
82884
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.