Məhkəmə həkimi şantaj edən baş redaktorla bağlı QƏRAR VERDİ 

Hazırda oxunan: Məhkəmə həkimi şantaj edən baş redaktorla bağlı QƏRAR VERDİ 

82873

Bakı Apellyasiya Məhkəməsində həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.  

Bizim.Media xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.  

Qərara görə, N.Əmrahovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Əmrahov 7 il müddətinə azadlıqdan məhrum edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Həkimi şantaj edən baş redaktora hökm oxundu


İttihama görə, “www.sheffaf.az” xəbər portalının baş redaktoru N.Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub. 

Müəyyən edilib ki, N.Əmrahov Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim edib, onun barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.  

2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb. 

İstintaq orqanı tərəfindən N.Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin