Nazirlik 5 ay ərzində 11 min 100 nəfərdən çox işsiz və işaxtaran vətəndaşı işlə təmin edib.
xa0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xa0verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti orqanları yanvar-may aylarında 11114 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlərlə təmin edib.
xa0
Xidmətin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə müvəqqəti xarakterli işlərə olan tələbatlar barədə sifarişlər qəbul edilərək, belə işlərdə çalışmaq istəyən şəxslərə təklif olunur. Beş ay ərzində həmin birjalar tərəfindən 1477 nəfər şəxs sifarişlər əsasında müvəqqəti xarakterli işlərə göndərilib.
xa0
Qeyd olunan dövrdə DMX tərəfindən haqqı ödənilən ictimai işlərə göndərilən vətəndaşların sayı 410 nəfər, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilən şəxslərin sayı isə 1453 nəfər təşkil edib.
































































































