Diş fırçalarımızı necə təmizləməliyik?

Hazırda oxunan: Diş fırçalarımızı necə təmizləməliyik?

8283

ABŞ-ın tanınmış stomatoloqu Suheyl Mohiuddin bildirib ki, diş fırçalarından istifadə bəzən insan sağlamlığı üçün təhlükəli ola bilər.

Bizim.Media bildirir ki, o, qeyd edib ki, diş fırçalarında tez-tez diş məcununun qalıqları, həmçinin qida hissəcikləri qalır. Bu isə sonda milyonlarla bakteriyanın yaranmasına gətirir.

"Bilirsinizmi ki, sizin diş fırçanız "tonlarla" mikrobu özündə saxlayır?", - diş həkimi deyib.

Mütəxəssis qeyd edib ki, dişlərin təmizlənilməsindən sonra fırçanın suda yuyulması zəruridir. O, bakteriyaların yaranmasına mane olmaq üçün hər gün diş fırçasını həmçinin sabunla yumağı da məsləhət görüb. Bundan sonra fırçanın hissələrini yenidən diqqətlə yumaq lazımdır.

Daha effektiv dezinfeksiya üçün diş fırçasını gecə tərkibində üç faizli hidrogen peroksidin olduğu suda saxlamaq yaxşıdır. Bundan başqa, effektli təmizləmə üsulu kimi fırça ağız boşluğu üçün nəzərdə tutulan antibakterial yuyucu məhlulda isladılmalıdır.

Sağlamlığı, o cümlədən dişləri qorumaq üçün eyni zamanda diş dırçalarını müntəzəm yeniləmək tövsiyə edilir. (deyerler.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin