Yay mövsümü başlaması ilə çimərliklərin yenidən istifadəsinə start verilib. İnsanların böyük qisminin üz tutduğu ödənişsiz çimərliklərin vəziyyəti isə heç də ürək açan deyil. Xəbərdarlıq nişanların olmaması, gigiyena və sanitariya vəziyyətinin çox aşağı olması, sakinlərin təhlükəsizliyininin qorunmaması kimi məsələlər aktualdır.
Ödənişsiz çimərliklərin gigiyena və sanitariya şəraitinin aşağı olmasının səbəbkarı kimdir? Sadə vətəndaşlar yoxsa müvafiq qurumlar?
Bizim.Media-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova yay mövsümü başlamamışdan əvvəl, Ekologiya və Təbii Sərvətlər nazirliyi və bir çox əlaqədar qurumlar tərəfindən həm sahilyanı ərazilər, həm də dəniz suyunun mikrobioloji səviyyəsi analiz olunaraq götürüldüyünü bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bu çimərliklərlə bağlı XƏBƏRDARLIQ edildi
“Hansı çimərliklərin istifadəyə yararlı, hansıların istifadəyə yararsız olduğu müəyyənləşdirilir və ictimaiyyətə bildirilir. İnsanlar əksər hallarda qadağan olunmuş çimərliklərlə ödənişsiz çimərlikləri qarışdırırlar. Bu halda sakinlər təhlükə ilə üzləşirlər ki, onlar həm suyun bakteroloji, mikrobioloji çirklənməsi səbəbi ilə xəstələnir, eyni zamanda özləri təmizliyə riayət etmədiyi üçün, həm şəxsi istifadə məhsullarının, digər vasitələrin tullantılarını sahilə atırlar. Təbii ki, bu da külək vasitəsi ilə dənizə keçir. Eyni zamanda ətrafda bir çox qida qalıqları və digər tez xarab olmağa və bakteriyaların çoxalmasına meyilli tullantılar artdıqda həmin ərazidə sağlamlığa ciddi ziyan vura biləcək problemlərlə yaranır”.
Baxmayaraq ki, bəzi insanlar hər il eyni yerə getsələr də, yeni təhlükələrlə qarşılaşırlar:
“Suyun dibində digər problemlər – burulğan, suyun səviyyəsin azalması, çoxalması ilə əlaqədar dərinlik dəyişə bilir ki, bu zamanda bir il əvvəl, normal dayazlıqda olan yerə növbəti il gəldikdə boğulma halları baş ver bilir. Xəbərdarlıq nişanları və yoxlanılmış dərinlikdən uzağa getməmək üçün qoyulan sərhədlər olmasına rəğmən, belə boğulma halları ilə rastlaşırlar”.
Ekspert hesab edir ki, məsələ ilə bağlı hər hansısa bir qurumu günahlandırmaq düzgün deyil:
“Birinci növbədə vətəndaşların özləri məsuliyyətli olmalıdırlar, seçdikləri yeri diqqətlə seçməlidir. İstirahətdə olan zaman təhlükəsizlik qaydalarını öyrənmələri şərtdir. Hər hası bir ödənişsiz və ya ödənişli çimərlikdə təhlükəsizliyinin nə dərəcə qorunduğu öyrənməli, qorunmursa, ikiqat təhlükəsizliklərindən əmin olmaldırlar. Sanitariya qaydalarına isə xüsusi diqqət yetirməlidirlər”.
Mia Quliyeva, Bizim.Media