"“E-manat”da itirilən pullar müştəriyə 5-7 günə qaytarılır" - Şirkətdən AÇIQLAMA

Hazırda oxunan: "“E-manat”da itirilən pullar müştəriyə 5-7 günə qaytarılır" - Şirkətdən AÇIQLAMA

82749

Azərbaycanın aparıcı ödəniş sistemlərindən biri olan "E-manat" terminallarından bəzilərinin xidmətindən istifadə zamanı aparatların monitorunun sönməsi və sistemin işində çətinliklər yaranması ilə bağlı xəbər vermişdik. Həmçinin terminala daxil edilən müxtəlif məbləğlərdə pul kütlələrinin sistemdə oturmadığını və ya ünvanına çatmadığını yazmışdıq. Bir neçə vətəndaşın sözügedən terminaldan istifadəsi zamanı yaranmış problemini ictimailəşdirmişdik. 

Məsələ ilə bağlı “E-manat” terminalının İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ayşən Həsənova Bizim.Media-ya rəsmi mövqe bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“E-manat” ödəniş sistemi ÇÖKDÜ - Pulu terminalda batan vətəndaşlardan NARAZILIQ


Onun sözlərinə görə terminalda istənilən nasazlıq olsa belə, heç bir halda müştəri tərəfindən ödənilən məbləğ “batmır” və ya şirkət tərəfindən mənimsənilmir:

“Qeyd edək ki, 5 iyul tarixində “E- manat” terminallarında kütləvi nasazlıq olmayıb. Daxili araşdırma nəticəsində müəyyənləşdirilib ki, 19:00-20:00 aralığında bu hal təkcə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki "Araz" supermarketdə quraşdırılmış “E-manat” ödəniş terminalı vasitəsilə ödəniş etmiş 1 müştərinin sorğusunda qeydə alınıb. Texniki nasazlıq 12 dəqiqə ərzində aradan qaldırılıb və müştərilərin uğurlu ödənişləri icra edilib. Terminalın ödəniş tarixçəsinə baxdıqda 19:38-də uğurlu ödənişi görmək mümkündür”. 

Ayşən Həsənova əlavə edib ki, “E-manat” müştəri xidmətləri hər bir müştərinin sorğusuna individual yanaşaraq operativ həllini təmin edir:

“E-manat” ölkənin aparıcı ödəniş xidmətləri təchizatçısı olaraq gün ərzində çoxsaylı ödənişlərin vasitəçisi kimi çıxış edir və müştəri sorğularını ən qısa zamanda cavablandırır. Lakin bəzi sorğuların araşdırılması bir neçə departamentin rəyindən asılı olduğundan araşdırma üçün 5-7 iş gününə ehtiyac var. Müştəri məlumatları öz doğruluğunu əks etdirərsə, ödənişin məbləği müştəriyə qaytarılır. Biz “E-manat” brendi olaraq hər zaman müştəri məmnunluğu və loyallığı üçün çalışırıq. Hər bir müştərinin təklif və iradlarına daima açığıq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin