Arif Yunus ölüb?

Hazırda oxunan: Arif Yunus ölüb?

82733
Hazırda həbsdə olan hüquq müdafiəçiləri Arif və Leyla Yunusun qızı Dinara Yunus Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) “Azərbaycanda insan haqlarının pozulması ili”x9d adlı dinləmələrdə iştirak və çıxış edib.

Dinara Yunus çıxışı zamanı bəyan edib ki, atasının ölüm xəbərini alıb: “Mənə atamın vəfat etməsi barədə şayiələr gəlib çatıb. Onu da eşitmişəm ki, anam da bir gözünü itirib”x9d.

Virtualaz.org saytı D.Yunusun dilindən səslənən bu məlumatlara aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ilə müraciət edib.

Həmin şöbədən isə bu xəbəri təkzib edərək bunu növbəti böhtan adlandırdılar: “Bu təxribat növbəti böhtandır və Azərbaycanı AŞ PA-dakı dinləmələrdə gözdən salmaq məqsədi güdür. Bütün məhkumlar kimi Leyla Yunus da ciddi həkim nəzarətindədir. Leyla Yunusun gözünün birini itirməsi barədəki məlumat həqiqəti əks etdirmir. Leyla Yunus nə Ədliyyə Nazirliyinə, nə də Penitensiar Xidmətə gözündə problem olması ilə bağlı heç bir şikayət və müraciət ünvanlamayıb”x9d.

Virtualaz.org saytı İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudovdan MTN-in təcridxanasında saxlanılan Arif Yunusun ölməsinə dair informasiyanı yoxlamağı xahiş edib. Qeyd edək ki, hüquq müdafiəçisi bu təcridxanada hər ay monitorinq keçirir.

E.Behbudov sorğuya cavab olaraq bildirib ki, A.Yunusun təcridxanada ölməsinə dair yayılan məlumatlar sadəcə olaraq yalandır: “Arif Yunus tamamilə sağlamdır. Mən MTN-in təcridxanasında monitorinqlər aparanda Arif Yunusla daim görüşürəm. Onun səhhətində heç bir problem yoxdur. Hesab edirəm ki, Yunuslar cütlüyünün qızı Dinaranın bu bəyanatı Azərbaycana qarşı çirkin təxribatdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin