İran prezidentindən Astaraya çəkiləcək dəmir yolu ilə bağlı TAPŞIRIQ

Hazırda oxunan: İran prezidentindən Astaraya çəkiləcək dəmir yolu ilə bağlı TAPŞIRIQ

82681

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi iyulun 6-da Nazirlər Kabinetinin geniş tərkibli iclasını keçirib.

Bizim.Media xəbər verir ki, İ.Rəisi bir sıra iqtisadi məsələlərlə yanaşı, Qəzvin - Rəşt - Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun tikintisini də müvafiq nazirliklərin rəhbərləri ilə müzakirə edib.

İran Prezidenti bu yolun ölkə iqtisadiyyatı üçün əhəmiyyətli olduğunu nəzərə çatdırıb və yolun qalan hissəsinin inşasının sürətləndirilməsi barədə tapşırıqlar verib.

İ.Rəisi bildirib ki, İran ilə Azərbaycan Respublikasının dəmir yollarını birləşdirəcək 163 kilometrlik Rəşt-Astara dəmir yolu xəttinin tikintisi sürətləndirilməli və tez bir zamanda istismara verilməlidir.

Prezident, həmçinin qonşu dövlətlərlə imzalanan sazişlərin icrası ilə maraqlanıb və bu sazişlər üzrə İranın üzərinə düşən işlərin vaxtında yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.

Qəzvin - Rəşt – Astara (İran) –Astara (Azərbaycan) dəmir yolu xətti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində əsas seqmentdir. Əlavə 2 seqmenti isə avtomobil və dəniz yolları təşkil edir. Lakin ən sərfəli və digər 2 seqmentlərdən fərqli olaraq dəmir yolları ilə hərəkət edən qatarların daha çox yük daşımaq imkanı var.

Bununla yanaşı, Azərbaycan ilə İranın dəmir yolları sistemləri Rəşt – Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti ilə birləşsə, onda Rusiyadan Asiyaya və əks istiqamətə daşınan yüklərin həcmi də artacaq. Yüklərin həcminin artması İranı və Azərbaycanı beynəlxalq tranzit mərkəzinə çevirməklə yanaşı, iqtisadi inkişafa da əsaslı təkan verəcək.

Hələlik Qəzvin - Rəşt - Astara dəmir yolunun Qəzvin - Rəşt hissəsi isifadəyə verilib. Rəşt - Astara hissəsində isə işlər davam edir. İqtisadi sanksiyalar İrana bu işi tamamlamaqda böyük maneə olur. Lakin buna baxmayaraq İranda sayca “13-cü hökumət” deyilən Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi hökumət yaxın qonşularla iqtisadi əlaqələrin artırılmasını və “müdafiə iqtisadiyyatı” adlandırdıqları iqtisadi siyasəti prioritet elən edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin