Şəhid qardaşı polis şöbəsində döyülüb? - DİN-dən RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şəhid qardaşı polis şöbəsində döyülüb? - DİN-dən RƏSMİ AÇIQLAMA

82669

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polislər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Bizim.Media-ya bildirib ki, Gülxar Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:

“Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Vəzifəli şəxsləri şantaj edən sayt rəhbəri tutulub - DİN 


Barəsində toplanan materiallar rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb”.

Bölmə rəisi qeyd edib ki, G.Quliyevin Polis Şöbəsində döyülməsinə gəldikdə, bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir həmçinin fotoda görünən xasarətləri sərxoş vəziyyətdə yıxılarkən alıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağsuda Vətən Müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxan Quliyevin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin