İnsan sevdiyi işlə məşğul olanda xöşbəxt olur -Şahlar Əsgərov

Hazırda oxunan: İnsan sevdiyi işlə məşğul olanda xöşbəxt olur -Şahlar Əsgərov

82610
Tanınmış alim, hər zaman cəmiyyət həyatının çeşidli problemlərinə həsr olunan dəyərli açıqlamalarıyla təkcə təhsil ictimaiyyətinin deyil, hər kəsin rəğbətini qazanan, bəlli səbəblərdən hazırda xaricdə dərs deyən görkəmli ziyalı Altay Göyüşovun (moderator.az/index.php?xeber=82602) müsahibəsinə münasibət bildirməsi üçün Moderator.az-ın əməkdaşı tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikirlərini öyrənib:

"Məqalə ilə tanış oldum, maraqlıdır. Çoxlu yeni fikirlər, ideyalar var. İradım xa0da var. Məqaləni diqqətlə öxuduqdan sonra iradlarımı bildirəcəm. İlk olaraq qeyd edim ki, təhsilin yaşı Misir pramidalarının yaşından çoxdur. Burada reforma mümkün deyil. Burada modernləşmədən söhbət getməlidir. (Diqqət yetirin,"Mersedes" maşınını reforma etmək, yoxsa modernləşdirmək olar?) İkinci iradım TEST-lə bağlıdır. TEST -in üstünlükləri çoxdur, amma qüsuru da çoxdur. Uğurlar asan görünür, qüsurları görmək üçün təhsilin fəlsəfəsinə müracət etmək lazımdır. TEST -in ən böyük qüsuru gənclərin əlindən seçim imkanlarını almasıdır. Gənclər ixtisası özü seçməlidir. Nə TQDK, nə də universitetlər bu işə müdaxilə etməməlidirlər. İnsan sevdiyi işlə məşğul olanda xöşbəxt olur. TEST indiki formada xa0gənclərin xoşbəxt olmaq imkanını əlindən alır. Gənclər ali məktəblərdə sevmədiyi ixtisası öyrənmirlər. Vaxtını boş keçirir, nəticədə tənbəlləşir. Yekunda bir tərəfdən millət savadsızlaşır, digər tərəfdən isə tənbəlləşir. Belə gedişatı millətə qulluq saymaq olmaz."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin