“Sabunçu” xəstəxanasında 15 yaşında ana olan qız Bizim.Media-nı polislə HƏDƏLƏDİ – Yeni DETALLAR 

Hazırda oxunan: “Sabunçu” xəstəxanasında 15 yaşında ana olan qız Bizim.Media-nı polislə HƏDƏLƏDİ – Yeni DETALLAR 

82602

Türkan qəsəbə sakini Səadət Nəcəfovanın 15 yaşda 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olduğunu yazmışdıq. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sorğumuza cavab olaraq həqiqətən də azyaşlının həmin xəstəxanada ana olduğunu təsdiqləmişdi.

TƏBİB-dən bildirilmişdi ki, Nəcəfova Səadət Azər qızı ötən il may ayının 9-da 3 saylı Şəhər Klinik Xəstəxanasına qəbul olunub və 2 kq 300 qram uşaq dünyaya gətirib. Azyaşlının uşaq dünyaya gətirməsi ilə bağlı xəstəxanadan Xəzər rayon polis bölməsinə məlumat da verilib. Amma nə azyaşlının valideynləri, nə də qeyri-rəsmi nikaha girdiyi şəxs barəsində addım atılıb. 

Bu azmış kimi bir müddət sonra Səadət Nəcəfovanın ailə qurduğu Türkan sakini Yalçın adlı şəxsin xalası oğlu ilə münasibətdə olduğu ortaya çıxıb. Bunu öyrənən qardaşı Vüsal Nəcəfov bacısını döydüyü üçün Xəzər Rayon Polis Şöbəsinə çağırılıb və barəsində 128-ci maddə ilə iş açılıb. 

Sözügedən məsələni ictimailəşdirən Türkan qəsəbə sakini Səbinə Mürsəlova Səadət Nəcəfova tərəfindən təhdid olunur.
 

MÖVZU İLƏ BAĞLI:

“Sabunçu” xəstəxanasından orada  ana olan 15 yaşlı qızla bağlı AÇIQLAMA – ÖZƏL


Saytımıza açıqlamasında qəsəbə sakini özünün və bacısının əri Vüsal Nəcəfovun həyatının təhlükədə olduğunu qeyd edib:

“Qonşuluğumda yaşayan Səadət Nəcəfovadan xoşagəlməz təhqir və təhdidlər alıram. Hər gün məni şantaj edir, hədə qorxu gələrək barəsində mediada etdiyim açıqlamanın geri götürülməsi üçün təzyiqlər göstərir. Bildirir ki, pulu və yetəri qədər vəzifədə çalışan yaxın tanışları var. İtirəsi heç nəyi yoxdur. Məni şərləyib tutduracağını, hətta öldürtdürəcəyini  söyləyir. Anlamıram, hansı dövrdə yaşayırıq. Molla dövrü deyil ki, qızlar yeniyetmə yaşında ana olsun. Aidiyyəti qurumlardan xahiş edirəm ki, məsələni ciddi nəzarətə götürsünlər. İşdə cinayəti olan hər kəs  məsuliyətinə cəlb olunsun”.

Səbinə Mürsəlova 1 yaşlı körpənin Səadət Nəcəfovada və anasında qalmasına etiraz edib:

“Körpə qız uşağının onlarda qalmasını istəmirəm. Çünki hər ikisi yüngül həyat tərzi keçirir, qəsəbədə əxlaqsız hərəkətlər edirlər. Mən 3 yaşlı körpəsi olan yeznəm Vüsal üçün çox narahatam. Səadət Vüsalın ögey bacısı olduğu üçün yeznəmin həyatı təhlükədədir. Onu da deyim ki, Səadət Nəcəfovanın anası Rəyisə xanım (Rayifə) qızını təhsildən uzaqlaşdırıb və adına saxta sənədlər düzəltdirib. O,  Türkan qəsəbə 6 sayli internat məktəbindən Səadətin sənədlərini alarak Lənkaran rayon Boladi kəndində yerləşən məktəbə verib. Guya Səadət həmin kənddə təhsil alır. Amma elə deyil. Ümid edirəm, məsələni nəzarətə götürən Daxili İşlər Nazirliyi günahkarları məsuliyyətə cəlb edəcək. 

Məsələ ilə bağlı azyaşlı ana ilə əlaqə yaratmağa çalışsaq da, o, mövqe bildirmək əvəzinə Bizim.Media-nın əməkdaşını təhqir və təhdid edib. Hətta barəmizdə DİN-ə şikayət edəcəyini bildirib.

Qeyd edək ki, Türkan qəsəbə sakini Səadət Nəcəfova 2020-ci ildə 14 yaşında  qəsəbə sakini 28 yaşlı Yalçın adlı şəxslə qeyri-rəsmi nikaha girib, 15 yaşında isə 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) ana olub. Ailəli ola-ola, həyat yoldaşının xalası oğlu ilə münasibətdə olduğuna görə isə qardaşı Vüsal Nəcəfov tərəfindən döyülüb.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin