Azərbaycanda müğənnilərin MƏHKƏMƏ QALMAQALI   

Hazırda oxunan: Azərbaycanda müğənnilərin MƏHKƏMƏ QALMAQALI   

82592

Müğənni Aygün Ağayeva barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi başlayır.  

Bizim.Media xəbər verir ki, “Canan” ləqəbli Gülnar Babayeva məhkəməyə müraciət edib. 

Müğənni A.Ağayevanın ona böhtan atdığını deyib. O, bu böhtana görə həmkarının cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.  

Şikayətə Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası iyulun 8-nə təyin edilib.  

Qeyd edək ki, müğənni G.Abdullayeva A.Ağayevaya qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə şikayət edib.  

Həmin maddədə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur.  
Bu əmələ görə min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin