Gəncə avtomobil zavodunun elektrobusları “Yaşıl şəhər”in küçələrində görünə bilər

Hazırda oxunan: Gəncə avtomobil zavodunun elektrobusları “Yaşıl şəhər”in küçələrində görünə bilər

82581

Gəncə avtomobil zavodu istehsal birliyinin yığdığı elektrobuslar Gəncədə reallaşacaq “Yaşıl şəhər” layihəsi çərçivəsində şəhərin küçələrində görünə bilər. Bunun üçün müəssisə layihəni həyata keçirəcək şəhər icra hakimiyyətinin elan etdiyi tenderdə iştirak etməlidir.  

Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Kamola Mahmudova verib.  

Onun sözlərinə görə AYİB - Yaşıl Şəhərlər layihəsinə üzv şəhərlərə daha yaşıl gələcəyə qədəm qoymağa və hər bir şəhərin problemlərini həll etməyə 5 milyard avro dəyərində köməklik edir: 

“Hələlik bərk tullantıların yığılması və zərərsizləşdirilməsi, o cümlədən şəhərdə küçələrin işıqlandırılması layihələri həyata keçiriləcək. Sonrakı mərhələlərdə ictimai nəqliyyatın modernləşdirilməsi məsələsi də müzakirə mövzusudur.
Ekoloji baxımdan təmiz şəhərdə elektrobusların əhaliyə xidmət göstərməsi əsas proiritet ola bilər. Gəncədə müasir elektrobusların yığılması çox yaxşı haldır. Hesab edirəm ki, həmin müəssisənin rəhbərliyi Gəncə icra hakimiyyətinin elan edəcəyi tenderdə iştirak edə bilərlər”. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin