"Yeni Müsavat" Media Qrupunun baş redaktoru Azər Ayxan istefa verib.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalistin özü sosial şəbəkə hesabından məlumat verib.
Azər Ayxan istefa verməsinin səbəblərini də açıqlayıb:
“Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur”.
Qeyd edək ki, Azər Ayxan “Yeni Müsavat” Media Qrupunun direktoru Rauf Arifoğlunun qardaşıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:28 / 06.07.2022
Rauf Arifoğlunun qardaşı “Yeni Müsavat”ın rəhbərliyindən ayrıldı – FOTOFAKT
Hazırda oxunan: Rauf Arifoğlunun qardaşı “Yeni Müsavat”ın rəhbərliyindən ayrıldı – FOTOFAKT
Hazırda oxunan: Rauf Arifoğlunun qardaşı “Yeni Müsavat”ın rəhbərliyindən ayrıldı – FOTOFAKT
82562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.