Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yevlax rayonunda şəhid Yusifbəyli Yusif Sabir oğlunun və şəhid Məmmədov Yusif Vaqif oğlunun ailələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, nazir müavini şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
O, şəhid ailələrinin dəstək tədbirləri ilə əhatə olunmaları üçün geniş miqyaslı işlər aparıldığını diqqətə çatdırıb. Hər iki ailənin sosial vəziyyəti ilə tanış olan V.Nəsirli onların yaşayışlarının daim diqqətdə saxlanacağını bildirib.
Dəstək tədbirləri çərçivəsində həmin şəhid ailələri üçün özünüməşğulluq proqramı əsasında aktivlər verilməklə yeni yaradılmış təsərrüfatlara baxış olub.
Şəhid Y.Yusifbəylinin qardaşı Asif Yusifbəyli üçün qurulmuş broyler təsərrüfatı və şəhid Y.Məmmədovun atası Vaqif Məmmədov üçün yaradılmış parket və taxta döşəmə cilalanması sexi nəzərdən keçirilib.
Proqram iştirakçıları dövlətin bu dəstəyindən səmərəli şəkildə faydalanaraq, təsərrüfatlarını inkişaf etdirəcəklərini, bunun üçün səylə çalışacaqlarını bildiriblər. Onlar ailə təsərrüfatlarını qurmaq üçün göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:51 / 12.01.2021
Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü - FOTO
Hazırda oxunan: Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü - FOTO
Hazırda oxunan: Nazirlik əməkdaşları şəhid ailələri ilə görüşdü - FOTO
8254
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.