İyulun 5-də saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində fəhlə bədbəxt hadisə nəticəsində ölüb, cinayət işi açılıb.
Bu barədə Bizim.Media-ya Xəzər Rayon Prokurorluğundan məluamt verilib.
Qeyd olunub ki, həmin ərazidə yerləşən Bakı elektrik maşınqayırma zavodunda fəhlə işləyən 1985-ci il təvəllüdlü Elfaq Rəhimovun dəmir parçasının dəyməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:25 / 06.07.2022
Zavodda bədbəxt hadisə - Fəhlə həyatını itirdi
Hazırda oxunan: Zavodda bədbəxt hadisə - Fəhlə həyatını itirdi
Hazırda oxunan: Zavodda bədbəxt hadisə - Fəhlə həyatını itirdi
82526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.