Bakının Binəqədi rayonunda bir qrup qadını fahişəliyə cəlb etməkdə ittiham olunan Günel Əhmədovanın barəsində cinayət işi başlanıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Məlum olub ki, G.Əhmədova bir neçə qadınıN kişi müştərilərlə görüşməsini təşkil edib. Bunun müqabilində maddi gəlir əldə edib.
Cinayət işi üzrə 3 qadın zərərçəkmiş şəxs qismində tanınıb. G.Əhmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Aygün Qurbanovanın icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:08 / 06.07.2022
Qadınları pul qarşılığında kişilərə satan şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Qadınları pul qarşılığında kişilərə satan şəxs MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Qadınları pul qarşılığında kişilərə satan şəxs MƏHKƏMƏ QARŞISINDA
82521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.