Mingəçevirdə arvadını qətlə yetirən ər MƏHKƏMƏ qarşısında  

Hazırda oxunan: Mingəçevirdə arvadını qətlə yetirən ər MƏHKƏMƏ qarşısında  

82452

Mingəçevir şəhərində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

İş hakim Rafail Əliyevin icraatına verilib. Bu iş üzrə yaxın günlərdə məhkəmə prosesi başlayacaq. 

İttihama görə, hadisə bu il aprel ayının 14-də baş verib. Həmin gün saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 
Aparılmış ilkin araşdırmalarla Ş.Ələkbərovanı keçmiş əri Y.Məhərrəmovun öldürməsi müəyyən edilib. Onların arasında şəxsi münasibətlər zəminində münaqişə olub.

Bir neçə il əvvəl ailə quran cütlüyün 1 qızı dünyaya gəlib. Sonradan onların münasibətləri kəskinləşdiyindən Ş.Ələkbərova həyat yoldaşından boşanıb.  

Lakin Yasin keçmiş həyat yoldaşı ilə münaqişəli vəziyyəti davam etdirib və onu təqib edib. 

Hadisə günü Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən parkda Y.Məhərrəmov keçmiş arvadı ilə rastlaşıb. Aralarında yaranan mübahisə zamanı o, çoxsaylı bıçaq zərbələri ilə arvadını qətlə yetirib.  
Y.Məhərrəmov qadının meyitini yol kənarında qoyaraq polisə təslim olub. 

İstintaq orqanı tərəfindən Y.Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin