Azərbaycanda daha bir yol BƏRPA edilir 

Hazırda oxunan: Azərbaycanda daha bir yol BƏRPA edilir 

82438

Uzunluğu 11 km, eni 5 metr olan Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Mənbə yazır ki, uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi.

Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 3 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.

Agentlik tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanmış layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri, yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılıb.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layı inşa edilib, hazırda yolboyu 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi son mərhələdə icra olunur.

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb.

Layihə üzrə Balharı çayı üzərində uzunluğu 10 metr, yolun 5-ci km-də isə uzunluğu 20 metr olmaqla inşa edilən 2 ədəd suötürücü qurğunun tikintisi də yekunlaşmaq üzrədir.

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin