Bu məktəblərə direktor olmaq üçün 120 nəfər sənəd verdi

Hazırda oxunan: Bu məktəblərə direktor olmaq üçün 120 nəfər sənəd verdi

82414

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üçün 120 nəfər sənəd verib. 

İdarədən Bizim.Media-ya verilən xəbərə görə, hazırda BŞTİ tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirilir. Proses başa çatdıqdan sonra növbəti mərhələlərə start veriləcək. 

Belə ki, paytaxtda da şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul test və müsahibə yolu ilə həyata keçiriləcək.

Ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq seçim prosesinin yalnız müsahibə mərhələsində iştirak edə biləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin