Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Bizim.media-ya verilən məlumata görə, xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları mütəmadi qaydada Agentlik tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.
Nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliya Respublikasından ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib.
Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.
Bununla bağlı olaraq istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kq olan məhsul partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:28 / 12.01.2021
Bu şirkətin qaymaqları istifadəyə yararsız çıxdı - FOTO
Hazırda oxunan: Bu şirkətin qaymaqları istifadəyə yararsız çıxdı - FOTO
Hazırda oxunan: Bu şirkətin qaymaqları istifadəyə yararsız çıxdı - FOTO
8241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.