Xəzərdə balıq populyasiyasında azalma var – SƏBƏB 

Hazırda oxunan: Xəzərdə balıq populyasiyasında azalma var – SƏBƏB 

82389

Araşdırmalar göstərir ki, Xəzərdəki balıq populyasiyasının azalması birbaşa iqlim dəyişikliyi və temperaturla əlaqədardır.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidməti rəisi Mehman Axundov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı


O qeyd edib ki, sözügedən anomal istilik Xəzər regionunda biomüxtəifliliyin azalmasına səbəb olur:

“Bununla əlaqədar olaraq, biz balıqların təbii çoxalmasına şərait yaratmaq və biomüxtəlifliyə mənfi təzyiqi azaltmaq məqsədilə Xəzər dənizinə axan çaylarda suyun alınmasını optimallaşdırmağa və su elektrik stansiyaları üçün bəndlərin tikintisini dayandırmağa çağırırıq. Əks halda Xəzərdə Aral dənizinin yoxa çıxmasına bənzər ssenari baş verə bilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin