Din xadimi olmaq üçün 39 vakant yer üzrə 267 namizəd müraciət edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, "Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Komitənin səlahiyyətləri sırasına daxil edilib.
Qanunun bu tələbindən irəli gələn məsələlərin icrası məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq olunub və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib, Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb, eyni zamanda 24.05.2022-ci il tarixində elan edilmiş İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə vakant vəzifələrə sənəd qəbulu 24.06.2022-ci ildə başa çatıb.
Göstərilən müddət ərzində komitəyə ümumilikdə 267 namizəd sənəd təqdim edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 05.07.2022
Din xadimi olmaq istəyən namizədlərin SAYI açıqlandı
Hazırda oxunan: Din xadimi olmaq istəyən namizədlərin SAYI açıqlandı
Hazırda oxunan: Din xadimi olmaq istəyən namizədlərin SAYI açıqlandı
82340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.