İcbari tibbi sığorta hazırda respublikanın 59 şəhər və rayonunda (Mingəçevir, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax, Ağdaş, Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul), eləcə də Naxçıvan Muxtar Respublikasında tətbiq olunur.
Sözügedən ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edə bilirlər.
Bakıda işləyib, yaşayan lakin rayonda qeydiyyatda olan vətəndaş icbari tibbi sığortadan aşağıdakı qaydada istifadə edə bilər.
Bizim.Media sözügedən qaydaları oxuculara təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
İcbari Tibbi Sığorta xəstələrin seçim hüququnu nəyə görə pozur? – Yeni ALVER MEXANİZMİ
1. Əgər vətəndaş Şamaxı rayonu qeydiyyatın olub Bakı şəhərində işləyirsə icbari tibbi sığortadan istifadə edə bilər.
Belə ki, şəxs Quba rayonunda ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək qeydiyyata düşməli və ailə həkimini seçməlidir. Səhhətində yaranan narahatçılıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ehtiyac olduqda ailə həkimi ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsi müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanır.
2. Həmçinin vətəndaş tibbi sığortadan Bakıda yararlanmaq istəyirsə, olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir.
Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Qanuna əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində DİN-ə müraciət edərək olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvanı fərqli inzibati ərazilər olarsa tibb müəssisəsinə müvəqqəti qeydiyyata alınma ilə bağlı sənəd təqdim etməlidir.
Bizim.Media