Bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində insident yaşanıb.
Bizim.Media “ARB”yə istinadən xəbər verir ki, mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.
MÖVZU İLƏ BAĞLI:
Qadını təpiklə çölə atan sürücü işinə BƏRPA OLUNUR? – “Videonu yayanların məqsədi olub”
İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb.
Bizim.Media