Hazırda paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən bu dəqiqələrdə 57 marşrut xətti üzrə 132 avtobusun intervalında gecikmə var. Bəzi istiqamətlərdə gecikmə 35 dəqiqəyə qədərdir.
1. Heydər Əliyev pr şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 11-16 dəqiqə gecikmə müşahidə olunur.
2. Bakı – Sumqayıt şosesində – Sumqayıt şəhəri istiqamətində, 20 Yanvar dairəsi – Moskva pr - Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə var.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobusların intervallarda gecikmə 12-16 yaranıb.
4. Akademik Həsən Əliyev küçəsi – hər iki istiqamətdə sıxlıqla əlaqədar 6, 13, 61 və 83 nömrəli li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-20 dəqiqə gecikmə müşahidə olunur.
5. Binəqədi şosesi – hər iki istiqamətində sıxlıq səbəbindən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179 və 202 N-li müntəzəm marşrut xətləri üzrə avtobuslar 12-17 dəqiqə gecikmə ilə hərəkət edir.
6. Zərifə Əliyeva küç, Neftçilər pr Azneft dairəsi istiqamətində 5, 10, 18, 88, 125 və 127 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 25-35 dəqiqə gecikmə müşahidə olunur.
7. Xocalı pr - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində sıxlıq səbəbindən həmin ərazidən keçən 4, 10, 21, 30, 32, 46, 49, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-17 dəqiqə gecikmə yaranıb
8. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 22-34 dəqiqə gecikmə müşahidə olunur.
9. Abdulla Şaiq küçəsi - İnşaatçılar pr – Bakıxanov küç istiqamətində sıxlığa görə 3, 17, 14, 37, 96, N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 12-17 dəqiqə gecikir.
10. Zabrat şosesi - Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə var.
11. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərində avtobuslararası intervallarda 12-18 dəqiqə gecikmə müşahidə olunur.
12. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-25 dəqiqə gecikmə var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:24 / 04.07.2022
Bakıda 57 marşrut xətti üzrə gecikmə var - FOTO/SİYAHI
Hazırda oxunan: Bakıda 57 marşrut xətti üzrə gecikmə var - FOTO/SİYAHI
Hazırda oxunan: Bakıda 57 marşrut xətti üzrə gecikmə var - FOTO/SİYAHI
82272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.