Tamaşaçılara “İçəri Şəhər”x9d metro stansiyasından istifadə etmələri tövsiyə olunur.
20 və 21 iyun tarixlərində Ekspress Avtobus xidmətlərinə müəyyən dəyişikliklər ediləcək.
Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər.
Məlumata görə, iyun ayının 20 və 21-i keçiriləcək Bakı 2015 YolVelosiped Yarışı ilə əlaqədar olaraq, altı ekspress avtobus marşrutlarına (X14, X15, X16, X18, X19, X20) müəyyən dəyişikliklər ediləcək.
20 iyun saat 05:30-dan 21:00-dək və 21 iyun saat 03:30-dan 21:00-dək X14, X15, X16, X18, X19, X20 nömrəli ekspress avtobuslar “28 May”x9d və “Elmlər Akademiyası”x9d metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir ara dayanacağı olmadan xidmət göstərəcəklər. Tamaşaçılara Azneft dairəsindən yaxın olan “İçəri Şəhər”x9d metro stansiyasından istifadə etmələri tövsiyə olunur.
Ekspress Avtobusların fəaliyyəti 20 və 21 iyun tarixlərində 21:00-dan sonra əvvəlki qaydada bərpa olunacaq.
































































































