Bakı Ağır Cinayətlər Məhkəməsində Hövsan qəsəbəsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Gülnar Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Faiq Qıniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin oğlu, 7 yaşlı Hüseyn Əlizadə ifadə verib.
Azyaşlı ifadə verən zaman G.Vəlizadə huşunu itirib və şüşə qəfəsdə yerə yıxılıb.
Ona tibbi yardım göstərilməsi üçün prosesdə fasilə elan olunub. Fasilə zamanı qadına tibbi yardım göstərilib.
Daha sonra proses H.Əlizadənin dindirilməsi ilə davam edib. O bildirib ki, hazırda ata nənəsinin himayəsindədir. Bu zaman təqsirləndirilən şəxsin qohumları prosesdə dava salıb.
Onlar bildiriblər ki, Elşən Əlizadənin anası Mahirə Hadıyeva uşağı yalan ifadə vermək üçün hazırlayıb. Tərəflər arasında mübahisə yaranıb. Növbəti proses iyulun 18-də davam edəcək.
İttihama görə, hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü E.Əlizadə həyat yoldaşı 1991-ci il təvəllüdlü G.Vəlizadə tərəfindən bıçaqlanıb. Ona tibbi yardım göstərilsə də, E.Əlizadənin həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən G.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:43 / 04.07.2022
Məhkəmədə DAVA: Azyaşlının yalan danışmağa vadar edildiyi iddia olundu
Hazırda oxunan: Məhkəmədə DAVA: Azyaşlının yalan danışmağa vadar edildiyi iddia olundu
Hazırda oxunan: Məhkəmədə DAVA: Azyaşlının yalan danışmağa vadar edildiyi iddia olundu
82231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.