Azərbaycanda daha bir kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi 

Hazırda oxunan: Azərbaycanda daha bir kütləvi zəhərlənmə - 8 nəfər xəstəxanaya yerləşdirildi 

82215

Saatlı rayonunda kütləvi zəhərlənmə olub. 

Bizim.Media xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində 8 qadın zəhərlənib. Onların arasında 2 yaşlı uşaq da olub. Zəhərlənənlər Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlara dəqiqləşdirilməmiş kimyəvi zəhərlənmə diaqnozu qoyulub. Zəhərlənənlər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 

TƏBİB zəhərlənən şəxslərin siyahısını açıqlayıb: 

Nurəngiz Şövkətova – 1985 

Zilan Şövkətova – 2007 

Səlamət Qəhrəmanova – 1961 

Arzu Qəhrəmanova – 1987 

Zamirə Qhərəmanova – 1988 

Aygün Şəvgiyeva – 1995 

Ayşəgil Qəhrəmanova – 2000 

Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin