Məşhur klinikadakı ölümlə bağlı rəsmi AÇIQLAMA  

Hazırda oxunan: Məşhur klinikadakı ölümlə bağlı rəsmi AÇIQLAMA  

82158

“Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmalar başa çatdıqdan sonra istintaq orqanı hadisəyə hüquqi qiymət verəcək”.  

Bu sözləri Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova sözügedən üniversitetin Tədris Cərrahiyyə Klinikasında baş verən ölüm hadisəsi ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda məşhur klinikada baş verən ölümlə bağlı DETALLAR 


O bildirib ki, açıqlamalar yalnız istintaq orqanı tərəfindən verilə bilər.  

Qeyd edək ki, klinikaya müayinə üçün gedən 1986-cı il təvəllüdlü Aysel Xəlilova özünü klinikanın 10-cu mərtəbəsində eyvandan ataraq intihar edib. Nəsimi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.  

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin