Sabah saat 19:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında “Kofe rəngi”x9d adlı sərgi açılacaq.
Moderator.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin bu böyük art-layihəsi paytaxtımızda keçirilən I Avropa Oyunlarına həsr edilib və “Coffee planet”x9d şirkətinin sponsorluğu ilə keçirilir.
Sərgi çərçivəsində qəhvə maşınlarının yeni modelləri təqdim olunacaq. Təbii qəhvənin müxtəlif növlərinin təqdimatı keçiriləcək.
Qeyd edək ki, sərgi iyunun 30-na qədər davam edəcək.





























































































