Bu gündən müsəlman dünyasının müqəddəs Ramazan ayı başlayıb. Bu ay ərzində müsəlmanlar oruc tutaraq Allaha yaxın olmağa çalışır. Maraqlıdır, siyasətçilərmizdən kimlər bu ay Allaha yaxın olmaq istəyəcəklər?
Moderator.az-a açıqlama verən AXCP-sədrinin müavini Fuad Qəhrəmanllının sözlərinə görə, o, əməliyyatdan yenicə çıxıb və oruc tutmaq imkanına malik deyil.
Müsavat Başqanı Arif Hacılı da oruc tutmadığını bildirərək ay ərzində qismət olacağı halda İslam dininin bu ibadətini yerinə yetirəcəyini bildirdi.
MDHP sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, o, hər il olduğu kimi bu il də oruc tutacaq və bü gündən başlayaraq Ramazan ayı boyunca oruc saxlayacaq.
Millət vəkili Zahir Oruc işləri ilə əlaqədar oruc tuta bilmədiyini bildirdi və qeyd etdi ki, bu ayının təlqin etdiyi şeyləri hər zaman həyatında üstün tutub. Deputat bu ayın insanlarımıza bərəkətli olmasını diləyib maddi çətinliyi olan insanlara kömək olunması üçün bu ayın fürsət olduğunu bildirib. Millət vəkili daha sonra qeyd etdi ki, o, təkcə bu ay yox, müqəddəs ayın prinsiplərini 12 ay boyunca yaşadığına görə həmişə Orucdur...
Xəyal Əzizov
































































































