Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yeni e-xidməti istifadəyə verilib.
Bizim.Media quruma istinadən xəbər verir ki, sosial sığorta ödəmələri ilə bağlı müraciətlərin nəticəsini artıq onlayn rejimdə görmək olar.
DSMF-nin əqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
- hamiləliyə və doğuma görə,
- uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
- uşağın anadan olmasına görə,
- dəfn xərci kimi nəzərdə tutulan müavinət ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənmək mümkündür.
Bunun üçün:
- e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;
- Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.
Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.
Bizim.Media