Sürücü qaçmaq istədi - Avtomobildən narkotik tapıldı

Hazırda oxunan: Sürücü qaçmaq istədi - Avtomobildən narkotik tapıldı

8201

Yanvarın 11-i saat 16 radələrində Binəqədi rayonu ərazisində “Opel” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yoxlama zamanı sürücünün Bakı şəhər sakini R.Cavadov olması müəyyən edilib.

Ödənilməyən cəriməsi olduğundan avtomobil cərimə meydançasına aparılan zaman polis əməkdaşları tərəfindən avtomobilin salonunda ağ rəngli kristallarla dolu büküm aşkar edilib.

Bu zaman sürücü avtomobildən düşüb qaçmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılaraq Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə təhvil verilib.

Avtomobilə baxış zamanı oradan əlavə 2 kq 410 qram metamfetamin və marixuanaya bənzər maddə aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin