Azərbaycanda kurqanlar niyə elm kimi öyrənilmir? – Mütəxəssis RƏYİ

Hazırda oxunan: Azərbaycanda kurqanlar niyə elm kimi öyrənilmir? – Mütəxəssis RƏYİ

81983

“Azərbaycanda demək olar ki, bütün bölgələrdə kurqanlara rast gəlmək olar və bu ərazilərdə hazırda müəyyən tədqiqat işləri aparılır”. 

Bunu Bizim.Media-ya açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev Azərbaycanda mövcud olan kurqanların tarixi, xüsusiyyətlərinin zəif öyrənildiyi barədə suala cavabında deyib: 

“Qəbirüstü abidələr olaraq yaradılan kurqanlarda dövrün tanınmış insanları, tayfa, qəbilə başçıları, əyan və sərkərdələr dəfn olunub. Bəzilərində tayfa başçısı ilə yanaşı, onun döyüş ləvazimatları, atları, qulları, kənizləri dəfn olunan kurqanlar da var.  Ehtimallara görə bu kurqanlar türk mədəniyyətinə aid abidələrdir”. 
Elmi katib qeyd edir ki, ölkəmizdə kurqanlara əsasən Goranboy və Qobustan ərazisində rast gəlinir:

“Hər il kurqanlarda arxeoloji tədqiqat işləri aparırıq. Bakı-Tiflis-Ceyhan xətti çəkilərkən kəmər üzərindəki kurqanlarda intensiv tədqiqat işləri həyata keçirildi və çoxlu sayda yeni abidələr qeydə alındı. Hazırda Qarabağ bölgəsində də yol çəkilişilə əlaqəli kurqanlarda arxeoloji tədqiqat işləri aparılır.

Aparılan tədqiqat işləri nəticəsində də kurqanların tarixi, xüsusiyyətləri öyrənilir. 

Yaxın gələcəkdə Şamaxıdakı Pirsaatda, Sultanburd kurqanında, habelə Füzuli, Xocəvənd rayonunda böyük tədqiqat işlərinin aparılması gözlənilir. Hazırda İmişlidə icraçı direktor Zaur Həsənov tərəfindən kurqanların birində arxeoloji tədqiqat işləri gedir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin