Qəbul imtahanlarında niyə 700 bal toplanılmayıb? - AÇIQLAMA 

Hazırda oxunan: Qəbul imtahanlarında niyə 700 bal toplanılmayıb? - AÇIQLAMA 

81974

Buraxılış və qəbul imtahanlarından maksimal 700 bal toplanması ümumi prosesi xarakterizə etmir. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

Onun sözlərinə görə, kütləvi prosesi xarakterizə edən əsas amil abituriyentin orta nəticələridir. 

"Misal olaraq, 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı daha vacib göstəricidir. Hər zaman qeyd etmişəm ki, 700 bal toplayan, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoq fərq görməyəcək.
Onlar eyni səviyyəli abituriyentlərdir. Burada ola bilsin ki, abituriyent hansısa bir texniki səhvə görə 700 bal toplamayıb. Bu, formal göstəricidir", - Sədr deyib. 

Trend-in məlumatına görə, M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarında daha çox müsbət tendensiyanı müşahidə edirik. 

"Xüsusilə də Azərbaycan dili və ingilis dili fənnində bu müsbət amil qeydə alınır. Hələ ki, xoşagəlməz nəticələr riyaziyyat fənni üzrədir və bunu da açıq şəkildə deyirik. Hansısa bir detalı götürüb onu ümumi göstərici kimi ictimaiyyətə təqdim etmək lazım deyil.
Bu il 11-ci sinfi bitirən şagirdlər ola bilsin riyaziyyatı ayrı dərsliklərdən keçiblər, yaxud onların riyaziyyat fənninin dərsliyi 7-8-ci sinifdə dəyişib. Burada daha dərində olan problemləri görmək lazımdır. 

Buraxılış imtahanında maksimal 300 balı toplayanların qəbul imtahanında ikicəhdlik seçimdə iştirak etmək şansı var. Buraxılış imtahanında 300, qəbul imtahanının ilk cəhdində 399 bal toplayan abituriyentə ikinci cəhddə iştirakını rəva bilməzdim ki, mütləq 700 bal toplasın.

Bu, ona heç lazım deyil. Çünki bu, ona fiziki cəhətdən ağır olacaq. Hər bir şəxs bu imtahanları verdikdə əvvəlcədən fikirləşməlidir ki, hansı istiqamətdə gedəcək və nə işlə məşğul olacaq... Bu suallar üzərində fikirləşməlidir.
Biz bu istiqamətdə işləməliyik. Abituriyentləri mütləq şəkildə 700 bal toplamalısan basqısı altında saxlamaq olmaz. Lazım olmayan faktı müzakirə etmək doğru deyil. Daha mürəkkəb faktlar və məsələlər var. Bunun üçün elmi yanaşma lazımdır", - deyə M. Abbaszadə bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin