Gəncədə 73 yaşlı kişi yaşadığı evi yandırdı

Hazırda oxunan: Gəncədə 73 yaşlı kişi yaşadığı evi yandırdı

81951

Gəncədə yaşlı kişi öz evini yandırıb.  

Bizim.Media-nın yerli bürosunun bürosunun məlumatına görə, hadisə Gəncə şəhəri, Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb. Ev sahibi, 1949-cu il təvəllüdlü Ə.Fətullayev məlum olmayan səbəblərdən ümumi sahəsi 66 kv.m olan evinə benzin tökərək yandırıb.  

Yanğın nəticəsində ev içərisindəki əşyalarla birgə tamam yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən avtomobili və 28 canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.  

Faktla bağlı araşdırmalara başlanılıb.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin