Bakıda işıqforlarda yenilik- Video

Hazırda oxunan: Bakıda işıqforlarda yenilik- Video

81947
Bakıda gözdən əllillər üçün xüsusi işıqformalar quraşdırılıb. 


Qafqazinfo-nun verdiyi xəbərə görə, işıqfor dirəklərinə bağlanan xüsusi avadanlıqlar piyadalara səsli olaraq qırmızı işıq zamanı “Gözləyin”x9d, yaşıl işıq zamanı isə “Keçin”x9d göstərişini verir.

Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkili şöbəsinin rəisi Rafiq Qasımov “Qafqazinfo”x9dya açıqlamasında bildirib ki, işıqforlarda gözdən əllilər üçün aparatların quraşdırılmasına iyunun 16-dan başlanılıb: “Bu tip qurğuları əvvəl biz özümüz hazırlayıb quraşdırmışdım, amma sayı az idi. Mən bir sərgidə bunu gördüm və ölkəmizdə quraşdırılmasını təşkil etdik. Hazırda quraşdırılan aparatlar İtaliyadan və Amerikadan gətirilib.  “Neftçilər”x9d, “Nərimnaov”x9d metrostansiyalarının ətrafında və başqa bir neçə yerdə quraşdırılıb. Bu iş hələ davam etdiriləcək. Hansı ərazilərdə ki, piyaların hərəkəti sıxdır və hansı yerlərdəki ətrafda korlar yaşayır, ilk olaraq həmin ərazilərdə quraşdırılır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin