DSX-dan Naxçıvan-Türkiyə sərhədinin bağlanmasına MÜNASİBƏT

Hazırda oxunan: DSX-dan Naxçıvan-Türkiyə sərhədinin bağlanmasına MÜNASİBƏT

81881

Dövlət Sərhəd Xidməti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə xəbərlərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən (DSX) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, DSX Nazirlər Kabinetinin 20 iyun 2022-ci il 232 nömrəli qərarına uyğun olaraq, müvafiq fəaliyyət göstərir. 

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2022-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb. 

Beləliklə, bu müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxış dayandırılması qüvvədə qalır. 
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb. 

Vətəndaşlara sərhəd-keçid məntəqələrində artıq Naxçıvandan quru yolu ilə Türkiyəyə keçməyə icazə verilməyəcəyinin bildirildiyi nəzərə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin