Kürəkənini öldürən qayınata MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: Kürəkənini öldürən qayınata MƏHKƏMƏ QARŞISINDA

81818

Salyanda keçmiş kürəkənini öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib. 

Bu barədə Bizim.Media-ya Salyan rayon prokurorluğundan bildirilib.

Məlumata görə, 25 aprel 2022-ci il tarixdə Salyan rayonu, Təzəkənd kənd sakini 1985-ci il təvəllüdlü Faiq Məlikovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Aparılmış istintaqla, 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Məlikağa Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin