Qusar rayonunda polisə qarşı zorakılıq hadisəsi baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Yasab kəndində baş verib.
Kənd sakini, 1986-cı il təvəllüdlü Zaur Xalidov Qusar rayon polis şöbəsinin Həzrə polis bölməsinə araşdırılan materialla əlaqədar dəvət edilib.
Polis bölməsində ondan sərxoşluq müayinəsindən keçməsi tələb olunib. Bu zaman o, polis əməkdaşları ilə mübahisə edib, nalayiq ifadələr işlədib. Həmin vaxt polis əməkdaşlarının onu sakit olmağa və intizama dəvət etmələrinə baxmayaraq, o hərəkətlərini davam etdirib, polis əməkdaşlarına müqavimət göstərib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə ittiham verilib.
Onun barəsində olan inzibati iş baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.
Hakim Adil Vəliyevin sədrliyi ilə baş tutan prosesdə çıxış edən Zaur bildirib ki, iyunun 24-də yaşadığı kənddə iştirak etdiyi toy şənliyində həddindən artıq araq və pivə içdiyindən sərxoş olub.
O bildirib ki, polis bölməsində törətdiyi hadisəni tam xatırlamır. Məhkəmə Zauru 200 manat cərimə edib və zaldan sərbəst buraxıb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:02 / 01.07.2022
Toydan şərxoş çıxan şəxs polisə müqavimət göstərdi
Hazırda oxunan: Toydan şərxoş çıxan şəxs polisə müqavimət göstərdi
Hazırda oxunan: Toydan şərxoş çıxan şəxs polisə müqavimət göstərdi
81801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.