Suda batan gəncin meyiti tapıldı - FOTO

Hazırda oxunan: Suda batan gəncin meyiti tapıldı - FOTO

81789

İyunun 28-i gecə saatlarında "Ford Tranzit" markalı avtomaşınla Samur-Abşeron kanalına düşən Xaçmaz sakini, 27 yaşlı Rəvan Əmirovun meyiti bu gün səhər saatlarında tapılıb.  

Quba polis şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, mərhumun meyiti kanalın Quba ərazisindən tapılıb.  

Qeyd edək ki, iyunun 28-də Quba sakini Sərxan Əlixanovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşın Qubanın Hacıhüseynli kəndi istiqamətində hərəkətdə olarkən körpüdən kanala düşmüşdü. 
Sürücü çətinliklə olsa sudan çıxa bilsə də, Rəvan Əmirovu su aparmışdı. Quba rayon Prokurorluğunda araşdırma davam edir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin