Latviya hərbçiləri Bakıya gəldi

Hazırda oxunan: Latviya hərbçiləri Bakıya gəldi

81686

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə Latviya Respublikasının Müdafiə Nazirliyinin Mühəndis Təlim Mərkəzinin mütəxəssisləri arasında görüş keçirilib. 

MN-dən Bizim.Media-ya verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda minaların və əldəqayırma partlayıcı qurğuların zərərsizləşdirilməsi, eləcə də digər mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin